10:45 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Bakıda “Bakmil” metro stansiyasının təmirlə bağlı qismən bağlanılması səbəbindən, paytaxtın 71 nömrəli avtobus marşrutunun trayektoriyası dəyişdirildi.
Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir ki, artıq 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Z. Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.
“Dəyişiklik “Bakmil” stansiyasında təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Dəyişikliklərlə bağlı 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq”, - məlumatda belə deyilir.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026