Prezident onlara general rütbəsi verdi - Sərəncam

16:03 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. 

Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru