Rusiya Böyük Britaniyanın Barents dənizində balıq tutmasını qadağan edəcək

10:20 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Rusiya Böyük Britaniyanın Barents dənizində balıq tutmasını qadağan edəcək. Söhbət SSRİ ilə Böyük Britaniya arasında bağlanmış 1956-cı il sazişinin ləğvindən gedir. Rusiya hökuməti bu Qərarın Rusiya üçün ciddi xarici siyasət və iqtisadi nəticələrə səbəb olmayacağını vurğulayıb.

ABC.AZ xəbər verir ki, Rusiya hakimiyyəti 2023-cü ilin martında Böyük Britaniyanın Rusiyanı ticarətdə ən əlverişli rejimdən kənarlaşdırmasından sonra belə bir addım atmağa qərar verib. London bəzi Rusiya mallarının ölkəyə gətirilməsi üçün əlavə 35 faiz tarif tətbiq edib.