10:43 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. Rusiya Ermənistanda daha bir konsulluq açacaq.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Yevgeni İvanov “Komsomolskaya pravda” nəşrinə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, bu, Kremlin Ermənistanda açacağı konsulluq ikinciisidir.
Diplomat qeyd edib ki, Qafan şəhərində yeni baş konsulluğun açılması nəzərdə tutulur.
Bundan əlavə, Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qazaxıstanın Aktau, Özbəkistanın Səmərqənd şəhərlərində, İndoneziyada baş konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib.
15 İyul 2026
16 İyul 2026