Avropa Komissiyası X sosial şəbəkəsi barəsində təhqiqata başlayıb

16:41 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Avropa Komissiyası Twitter (Х) barəsində rəsmi araşdırmaya başlayıb. Sosial şəbəkə qeyri-leqal məzmunun çıxarılması, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa normalarını pozmaqda ittiham olunur.

ABC.AZ xəbər verir ki, bu, messencerlərin və sosial şəbəkələrin kontentinin tənzimlənməsi üzrə Avropa rəqəmsal xidmətlər Aktı çərçivəsində ilk iş olacaq. Pozuntular sübut olunarsa, Twitter bütün qazancının 6%-ə qədər cərimə ala bilər. Əks təsir göstərsə, Avropa Birliyi ölkələrində bloklana bilər.