Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin statusu artırıldı - FƏRMAN

15:30 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6-cı bəndinə “şöbə müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi,” sözləri əlavə edilib.