16:20 - 14.09.2023
14 sentyabr, Fineko/abc.az. Gürcüstanın xarici dövlət borcu çoxalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi açıqlama verib.
Açıqlamada qeyd edilib ki, Gürcüstanın borcu son bir ildə 876 milyon 765 min dollar artıb.
Qeyd olunub ki, Gürcüstanın xarici dövlət borcu 8 milyard 568 milyon dollar təşkil edib. Borc haqqında məlumat Gürcüstanın 2023-cü ilin avqust ayına olan statistikasında öz əksini tapıb. Bu da hazırkı məzənnə ilə 22 milyard 528 milyon lariyə bərabərdir.
Son bir ildə ölkənin xarici dövlət borcu artsa da, iyul ayı ilə müqayisədə 27 milyon dollar azalıb.
Gürcüstanın ən böyük kreditorları Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq İnkişaf Bankıdır.
15 İyul 2026
16 İyul 2026