15:32 - 6.09.2023
6 sentyabr, Fineko/abc.az. Çin hökuməti xarici texnologiyadan asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq cəhdinin sonuncusu olaraq dövlət işçilərinə iPhone və digər xarici markalı telefonlardan istifadə etməyi qadağan edib.
ABC.AZ xəbər verir ki, Pekin hökumətinin bu addımı xarici texnologiyadan asılılığı azaltmaq, həssas məlumatları sərhədlərə sızdırmamaq və kibertəhlükəsizliyi artırmaq cəhdinin sonuncusudur.
Atılan bu addımın Apple və bir çox xarici markaya mənfi təsir göstərə biləcəyi bildirilir. Çin Apple-ın ən böyük bazarlarından biridir və oradakı satışlar Apple-ın ümumi gəlirlərinin 19 faizini təşkil edir.
Mənbələr bildiriblər ki, Pekin dövlət işçilərinin iş yerlərində iPhone-dan istifadəsini illərdir məhdudlaşdırıb, lakin indi bu qadağa genişlənib.
15 İyul 2026
16 İyul 2026