16:57 - 5.09.2023
5 sentyabr, Fineko/abc.az. Hindistan hökuməti ölkəyə keçmiş adı – Bharatı qaytarmaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş “X” sosial şəbəkəsində yazıb.
Başqa bir deputat isə “Hindistan” adının ölkə konstitusiyasından çıxarılmasını təklif edib. Onun qənaətincə, bu, quldarlığın simvoludur.
Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
Qeyd edək ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammiti keçiriləcək. Tədbirə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib.
15 İyul 2026
16 İyul 2026