17:24 - 22.08.2023
22 avqust, Fineko/abc.az. Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində daha 1.5 milyard avro həcmində tranş ayırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində bildirib.
O yazısında bunları qeyd edib: “Biz Ukraynanı dövləti bərpa etmək səylərində dəstəkləyirik. Bu gün biz Ukraynaya daha 1.5 milyard avroluq tranş ayırdıq”.
Ötən ilin noyabrında Avropa Parlamenti Avropa İttifaqından Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketini təsdiqləyib. Yardımın böyük hissəsi 10 illik güzəşt dövrü ilə kreditlər şəklində ayrılacaq və rüblük ödəniləcək. Gözlənilir ki, 18 milyard avro həcmində kredit və qrantlar 2023-cü ildə Ukrayna büdcəsi kəsirinin təxminən yarısını ödəyəcək.
15 İyul 2026
16 İyul 2026