11:11 - 28.07.2023
28 iyul, Fineko/abc.az. Müdafiə nazirinin iki müavin postu ləğv edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bundan əvvəl Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi postları nazirin müavinləri idi.
Lakin dəyişikliklərə görə, hər iki post ləğv edilib və nazir müavini siyahısından çıxarılıb.
Qeyd edək ki, general-polkovnik Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini, şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Nazir müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026