16:52 - 25.07.2023
25 iyul, Fineko/abc.az. Honq-Konq dünyanın ən bahalı şəhəri statusunu qazanıb.
ABC.AZ xəbər verir ki, yaşayış qiyməti araşdırması 5 qitənin 227 şəhərində aparılıb.
Araşdırmada mənzil, nəqliyyat, qida, geyim, məişət əşyaları və əyləncə əsas götürülüb.
Araşdırma zamanı şəhərlərdəki mənzil, nəqliyyat, qida, geyim xəsrcləri müqayisə olunub.
Beləliklə də illərdir dünyanın ən bahalı şəhəri olan Honq-Konq bu il də birinci, Sinqapur ikinci yerdə qərarlaşıb.
Üçüncü yerdə, Sürix beynəlxalq işçilər üçün Avropanın ən bahalı şəhəri olaraq qalır. Cenevrə 4, Bazel 5-ci, keçən illə müqayisədə bir pillə yüksələn Nyu York isə 6-cı yerdə qərarlaşıb.
Araşdırmaya görə Bern 7-ci, Təl-Əviv 8-ci, Kopenhagen 9-cu və Nassau 10-cu yerdə dayanıb.
Müəllif: Elmir Murad
15 İyul 2026
16 İyul 2026