14:24 - 22.06.2023
22 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Ukraynaya yeni yardım paketini elan edib.
ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviterdə yazıb.
“Bu gün biz Ukraynaya makromaliyyə yardımı üçün daha 1,5 milyard avro ayırırıq. Biz Ukraynanın azadlıq uğrunda cəsarətli mübarizəsində onu dəstəkləyirik”.
U.Lyayen yardımın davamlı olacağını vurğulayıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026