Bu adalarda yaşaynlara 92 min dollar pul veriləcək

16:09 - 19.06.2023


19 iyun, Fineko/abc.az. İrlandiya hökuməti ölkənin qərb sahilindəki adaları dirçəltmək üçün bu ərazilərə köçənlərə pul verəcək.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, məqsəd adıçəkilən ərazilərə köçü artırmaq, insanları bura gəlməyə həvəsləndirməkdir. Sözügedən ərazi İrlandiyanın İnis Mór adalarıdır.

Adalarda yaşamaq istəyənlərə 92 min dollar (təxminən 2 milyon 100 min TL) maliyyə veriləcək.

İyulun 1-dən qüvvəyə minməsi planlaşdırılan sxemə əsasən, boş və ya atılmış evləri təmir edib, sonra orada yaşamaq istəyən şəxslərə ödənişlər ediləcək.

Materiklə əlaqəsi olmayan adaları əhatə edən layihə ilə çətin gedilən ərazilərin yenidən canlandırılması nəzərdə tutulur.

Müəllif: Elmir Murad