Yaponiyada okeanın ortasında yeni şəhər salınacaq

11:13 - 16.06.2023


16 iyun, Fineko/abc.az. Yaponiyada daha bir şəhər tikiləcək.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəhər okeanın tam mərkəzində salınacaq və 40 min nəfərlik nəzərdə tutulub. Şəhəri Yaponiyanın “N-Ark” şirkəti tikəcək.

Şirkətdən bildirilib ki, turizm, tibb müəssisələri və kosmik raketləri əhatə edəcək yeni “Dogen City” layihəsini iqlim dəyişikliyinə görə dəniz səviyyəsinin qalxmasına davamlı şəkildə quracaq.

Şəhər daimi10 min nəfəri yerləşdirmək üçün nəzərdə tutulub. Şəhərin turist tutumunun 30 min olduğu açıqlanıb. Şəhər sərt hava şəraiti və sunamilərə davamlı olacaq.

Həmçinin bildirilib ki, layihə üç ayrı hissədən ibarət olacaq və birinci hissə əsas yaşayış sahəsi olacaq.

“Yaşaya bilən halqa” adlandırılan bu bölgədə çoxlu yaşıllıqlar, qida istehsalı müəssisələri, məktəb, idman meydançaları, xəstəxanalar, parklar, stadionlar, hotellər və ofislər olacaq.