12:07 - 22.06.2018
22 iyun, Fineko/abc.az. Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi bu gün 2018-ci il dövlət büdcəsinin düzəlişini müzakirə edir.
Maliyyə naziri Samir Şərifov iclas zamanı bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nə dövlət büdcəsindən əlavə olaraq 100 milyon manat köçürüləcək.
“Bu vəsait şirkətin nizamnamə kapitalının artırılması, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi, həmçinin Bakı-Böyük Kəsik yolunun kommunikasiya və siqnalizasiya sisteminin yenidən qurulması üçün ayrılacaq”, - nazir belə deyib.
15 İyul 2026
16 İyul 2026