Malatyada zəzlzələdə 10 milyon manatlıq villalar da dağılıb

17:13 - 10.03.2023


10 mart, Fineko/abc.az. Zəlzələlərin baş verdiyi vilayətlərdən biri olan Malatyada yüzlərlə bina uçub, çox sayda insan həyatını itirib.

ABC.AZ xəbər verir ki, şəhər mərkəzində və bir çox rayonda böyük dağıntılara səbəb olan zəlzələ Yeşilyurt səmtində villaların yerləşdiyi Şahintəpəsində də dağıntılara səbəb olub.

Qiymətləri 7 ilə 10 milyon TL arasında dəyişən villalar qismən dağılıb ya da çatlar əmələ gəlib.

Yoxlamalar zamanı villalara ciddi ziyan dəydiyi müəyyən edilib. Burada yaşayan villaların sahibləri ərazini tərk ediblər.