10:38 - 12.08.2022
12 avqust, Fineko/abc.az. Ukrayna avqustun sonuna kimi ABŞ-dan daha 3 milyard dollar gözləyir
ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Serhi Marçenko bildirib.
Nazir qeyd edib ki, avqustun sonuna qədər Ukrayna yayın əvvəlində razılaşdırılmış 7,5 milyard dollarlıq paket çərçivəsində ABŞ-dan daha 3 milyard dollar maliyyə yardımı alacaq.Bu pullar səhiyyə və pensiyaya yönəldiləcək.
Marçenko bildirib ki, ilin sonuna qədər ümumilikdə Ukrayna təkcə ABŞ-dan deyil, digər ölkələrdən də təxminən daha 16-17 milyard dollar xarici maliyyə yardımı almalıdır.
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026