Türkiyə 36 ANKA markalı pilotsuz uçuş aparatı istehsal edib

11:21 - 8.06.2022


8 iyun, Fineko/abc.az. Türkiyənin aviasiya və kosmos sənayesində qazandığı son nailiyyətlər milli müdafiə sənayesində özünü daha dinamik şəkildə göstərməkdədir.

ABC.AZ xəbər verir ki, Türk Aviasiya və Kosmos Sənayesi (Türk Havacılık ve Uzay Sanayii-TUSAŞ) indiyədək 36 ANKA markalı pilotsuz uçuş aparatı istehsal edib.

Bu aparatlar ümumilikdə 120 min kilometr uçuş həyata keçirib. Ən mühüm məsələlərdən biri də ANKA-ya olan xarici tələbatdır.

Qazaxıstan və Malayziya bu aparatların ən fəal alıcılarındandır. ANKA və AKSUNGER uçuş aparatları SAR radarı vasitəsilə su hövzələrindəki minaları aşkarlamaq qabiliyyətinə malikdir. Hər iki aparat təxminən yüz kiloqrama qədər ağırlığında olan raketlər daşımaq imkanındadır.