Ukraynada müharibə başlayandan 4.8 milyon ukraynalı işini itirib

10:03 - 12.05.2022


12 may, Fineko/abc.az. Rusiyanın Ukraynaya hücumu təkcə infrastruktura ziyan vurmayıb. Həm də kütləvi işsizlik problemi yaradıb.

ABC.AZ-ın məlumatına görə, münaqişə başlayandan təxminən 4.8 milyon ukraynalı işini itirib.

Beynəlxaql təşkilatların ehtimalına görə, döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq.

Müharibə indi dayandırılsa, 3.4 milyon ukraynalı öz iş yerinə qayıda bilər. İşini itirmiş 4.8 milyon ukraynalıdan 1.2 milyon nəfəri qaçqına çevrilib. 3.6 milyon işsiz isə hazırda Ukraynadadır.

Müəllif: Elmir Murad