Litva Rusiyanı terrorçu ölkə kimi tanıdı

15:31 - 10.05.2022


10 may, Fineko/abc.az. Litva Seymi (parlament) Rusiyanın Ukraynada həyata keçirdiyi fəaliyyətləri soyqırımı olaraq tanıyan qətnamə qəbul edib.

ABC.AZ xarici mediaya istinadən  xəbər verir ki, səsvermə zamanı qətnamənin lehinə 128 deputat yekdilliklə səs verib.

Bununla yanaşı, Seym Rusiyanı terroru dəstəkləyən və həyata keçirən dövlət olaraq tanıyıb.

Belə ki, sənəddə göstərilib ki, Rusiya Silahlı Qüvvələri və muzdlular Ukrayna ərazisində, xüsusən də, Buça, İrpen, Mariupol, Borodyanka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədib.