Rusiya telekanallarına da sıra gəldi - Sanksiya tətbiq edildi

14:36 - 10.05.2022


10 may, Fineko/abc.az. ABŞ “Sberbank”ın səkkiz top-menecerinə, “Qazprombank”ın 27 menecerinə, həmçinin “Moskva Sənaye Bankı”na və onun on törəmə müəssisəsinə qarşı yeni sanksiyalar tətbiq edir.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Vaşinqton Rusiya mediasını da qara siyahıya salıb.

Belə ki, Birinci Kanal, Rossiya-1 və NTV kanalları qara siyahıya düşüb. Amerika şirkətlərinə bu telekanalları avadanlıqla təmin etmək və onlarda reklam yerləşdirmək qadağandır.