G7 ölkələri Rusiyanın enerji daşıyıcılarından asılılığı tədricən azaldacaq

10:57 - 10.05.2022


10 may, Fineko/abc.az. G7 ölkələri Rusiyanın enerji daşıyıcılarından asılılığını tədricən azaltmağa söz verib.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, sözügedən məsələ ilə bağlı bəyanat mayın 8-də Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra verilib.

ABŞ hökuməti qeyd edib ki, qanunun tələblərinə və hər bir tərəfdaşın prosedurlarına uyğun tədbirlər görüləcək.

“Bununla biz birlikdə və tərəfdaşlarımızla sabit və dayanıqlı qlobal enerji təchizatını və istehlakçılar üçün əlverişli qiymətləri təmin etmək, o cümlədən təbii qazlardan ümumi asılılığımızı azaltmaq və iqlimimizə uyğun olaraq təmiz enerjiyə keçidimizi sürətləndirmək yolu ilə işləyəcəyik.”, - deyə məlumatda bildirilib.

Müəllif: Elmir Murad