Rusiyalı oliqarxın yaxtası əlindən alındı

10:04 - 6.05.2022


6 may, Fineko/abc.az. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq 107 metrlik “Amadea” adlı lüks yaxta müsadirə olunub.

ABC.AZ xarici mətbuara istinadən xəbər verir ki, yaxta ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib.

Qeyd edək ki, milliyətcə ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib.

O, 1998-ci ildən "Nafta-Moskva" kompaniyasının sahibidir.