Ərdoğan Putinlə nələri müzakirə etdi?

16:10 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

ABC.AZ-ın məlumatına görə, danışıqlar zamanı Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Rusiya lideri V. Putin aprelin 27-də Türkiyədə Milli Kəşfiyyat Təşkilatının koordinasiya və nəzarəti altında baş tutan rus pilot Konstantin Yaroşenko və amerikalı dəniz piyadası Trevor Ridin mübadiləsinə görə prezident Ərdoğana təşəkkür edib.

Prezident Ərdoğan Türkiyənin bu mübadilədə vasitəçi olmasının təkcə sülhə, dialoqa və əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi deyil, həm də vasitəçilik missiyası baxımından mənalı olduğunu bildirib.