Çin müdafiə xərclərini 229 milyard dolllara çatdıracaq

10:24 - 5.03.2022


5 mart, Fineko/abc.az. Çin hakimiyyəti 2022-ci ildə müdafiə xərclərini 7,1% artırmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, Çin hökuməti bu il müdafiə xərclərini 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar) çatdırmağı planlaşdırır.

Bu barədə 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) beşinci sessiyasının açılışında yayılan ölkənin büdcə layihəsində bildirilib.

"Milli müdafiə xərcləri 7,1% artımla 1 450,45 milyard yuan nəzərdə tutulur", - sənəddə deyilir. İctimai təhlükəsizlik xərcləri 4,7% artırılaraq 194,993 milyard yuana (təxminən 30,8 milyard dollar) çatacaq.

Müəllif: Elmir Murad