Ermənistanda nazir yeni prezident seçilib

12:25 - 4.03.2022


4 mart, Fineko/abc.az. Hakim “Mülki müqavilə” Partiyasının namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.

ABC.AZ xəbər verir ki, səsvermə ölkənin Milli Məclisində keçirilib.

Yeni dövlət başçısını səsvermənin ikinci turda seçmək mümkün olub.

Parlamentin 71 deputatı onun lehinə səs verib.

Yeni prezidentin seçilməsi üçün 65 səs yetərli idi. Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkisini boykot edib. 1959-cu ildə anadan olmuş V.Xaçatryan Ermənistanın beşinci prezidentidir.