10:37 - 1.03.2022
1 mart, Fineko/abc.az. “Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı nəticəsində artıq 100-dən çox insan həlak olub, 300-dən çox vətəndaş xəsarət alıb”.
ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Cenevrədəki ofisi məlumat yayıb.
Bildirilir ki, həlak olanlar arasında ən azı 7 uşaq var.
BMT-nin Ali Komissarının bəyanatında deyilir ki, itkilərin əksəriyyəti artilleriya, raket və havadan bombardmanlar nəticəsində olub.
Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin isə fevralın 28-nə olan məlumatına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 16-sı uşaq olmaqla 352 nəfər ölüb. Eyni zamanda 2040 mülki şəxs xəsarət alıb. Onlardan 45-i azyaşlıdır.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026