Qəbələyə qədər dəmir yolunun tikintisi artıq cari ildə başlanacaq

12:29 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclas zamanı dövlət başçısı deyib ki,  turizmlə bağlı əlavə addımlar dəmir yoluna aiddir.

“Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik”, - İlham Əliyev belə deyib.