11:42 - 27.03.2018
27 mart, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində sərnişin axınında artımı qeyd edir.
QSC-in məlumatında deyilir ki, Dəmir Yolları, 20-26 mart bayram günlərində gücləndirilmiş iş rejimində işləyib.
“Əgər adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib”, - məlumatda belə deyilir.
Ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qataralarında müşahidə olunub.
15 İyul 2026
16 İyul 2026