10:28 - 26.01.2021
26 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvarın 25-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə bu il qarşıda duran əsas məsələlər müzakirə edilib.
ABC.AZ-ın məlumatına görə, müşavirədə biildirilib ki, beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcək və o cümlədən məşğulluq məsələlərinə də xidmət edəcək.
Qeyd olunub ki, keçmiş köçkün əhali öz dəbə-baba yurdlarına qaytarılmalı, bu proses xüsusi proqram əsasında həyata keçirilməli, azad olunan torpaqların bölünməsi və inkişafı, işğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir.
Müəllif: Elmir Murad
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
17 İyul 2026