15:26 - 11.09.2019
11 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində Azərbaycan Yekaterinburq şəhərində logistik mərkəzi yaradacağını qeyd edib.
Nazir bildirib ki, sentyabrın 12-də Bakıda hər iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Biznes forumda müvafiq memorandum imzalanacaq: “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə ölkəmizin istehsalı olan meyvə-tərəvəzin təchizatı istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq.”
“Düşünürük ki, bu istiqamət də Azərbaycan-Rusiya ticarət əlaqələrinin inkişafı baxımından çox maraqlıdır”, - deyə iqtisadiyyat naziri vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Rusiyaya meyvə-tərəvəz tədarükünü iki dəfə artırmaq üçün potensiala malikdir.
“İkitəröfli Hökumətlıərarası Komissiya çərçivısində aparılan təhlil göastərdi ki, Azərbaycan praktiki olaraq Rusiyaya meyvə-tərəvəz ixracı həcmini 2 dəfə artıra bilər”, - Mustafayev bu gün Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin yekunları üzrə Azərbaycan Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib.
“Düşünürük ki, bu göstəricini 1 mln. tona çatdırmaq inkamı var”, - nazir əlavə edib.
15 İyul 2026
16 İyul 2026