"Izhavia" aviaşirkəti Azərbaycana uçuşlara başlayacaq

11:04 - 29.08.2019


29 avqust, Fineko/abc.az. Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin məlumatına görə, Rusiyanın "Izhavia" aviaşirkəti Azərbaycana uçuşlara başlayacaq.

Məlumatda qeyd olunur ki, aviaşirkət Həştərxan, Volqoqrad, Nijni Novqorod, Orenburq, Perm, Rostov, Saratov, Ulyanovsk və Çelyabinskdən Bakıya uçuşlar üçün lisenziya əldə edib. Reyslər həftədə iki dəfə həyata keçiriləcək.