16:25 - 14.08.2019
14 avqust, Fineko/abc.az. Bu il ölkəyə gətirilən avtomobillərin 139-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 800-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1943-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 92-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 974 olub.
15 İyul 2026
16 İyul 2026