19:35 - 7.06.2019
7 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” ASC-dən verilən məlumata görə, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə, Bakıdan və Gəncədən 18.06.2019-cu il tarixdən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.
Qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq.
15 İyul 2026
16 İyul 2026