14:18 - 29.05.2019
29 may, Fineko/abc.az. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.
BBAK-dan bildirilib ki, final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gürcüstan, İran və “Qırmızı Körpü” istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-dək uzadıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları da cəlb edib.
15 İyul 2026
16 İyul 2026