16:27 - 27.05.2019
27 may, Fineko/abc.az. 28 may tarixindən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.
Bu barədə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
15 İyul 2026
16 İyul 2026