11:29 - 15.03.2019
15 mart, Fineko/abc.az. Azərbaycan, Salyan şəhərinin sahilyanı ərazisindən keçən Bakı-Astara yolunun bir hissəsinin köçürülməsi üzrə layihənin həyata keçirilməsi üçün beynəlxalq məsləhətçiləri cəlb edib.
“Azərbaycan Dəmir Yolları” QSC-in İdarə Heyətinin sədri Cavid Qurbanov layihə işlərinin davam etdiyini və yol üçün torpaq sahəsinin əldə edilməsi prosesinin artıq başa çatdığını bildirdi.
“Layihənin həyata keçirilməsi üzrə hazırlıq işləri, o cümlədən layihələndirmə və kreditin cəlb edilməsi işləri ilin sonuna qədər başa çatdırılacaq. Köçürülmə artıq gələn il həyata keçiriləcək”, - deyə C. Qurbanov bildirib.
15 İyul 2026
16 İyul 2026