13:13 - 5.03.2019
5 mart, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksi Yalta və Samara istiqamətində reysləri bərpa edib.
Kompleksdən xəbər verildiyi kimi, Bakı-Yalta reysi bazar ertəsi saat 11: 00-da, Yalta-Bakı reysi ilə şənbə günləri saat 15: 00-da həyata keçiriləcək.
“Bir istiqamətdə biletin qiyməti 100 manatdır”, - deyə Kompleksdən bildirildi.
Kompleksdən xəbər verildi ki, Bakı-Samara reysi cümə günləri saat 11:00-da, Samara-Bakı cümə axşamı günləri saat 12: 00-da həyata keçiriləcək. Bir istiqamətdə biletin qiyməti isə 90 manat təşkil edəcək. 5 yaşınadək uşaqlar üçün gediş haqqı ödənilmir, 5-10 yaşlı uşaqlar üçün isə biletin yarıqiyməti ödənilir.
15 İyul 2026
16 İyul 2026