16:48 - 4.03.2019
4 mart, Fineko/abc.az. Dağıstan hakimiyyəti 2019-cu ildə Mahaçqala - Dərbənd - Bakı marşrutu üzrə yüksək sürətli sərnişin xidmətini təşkil etməyə hazırlaşır.
Bu barədə, Dağıstan Nəqliyyat və Yol Təsərrüfatı Naziri Şiruxan Hacımuradov deyib.
“2019-ci ilə və yaxın gələcəyə, Mahaçqala vağzalının iri miqyaslı rekonstruksiyası planlaşdırılır. Şəhərətrafı vaqon parkının və uzaq məsafə qatarlarının yenilənməsi, Dərbənd – Mahaçqala - Mineralnıye Vodı – Kislovodsk marşrutu ilə sərnişin daşımalarının təşkili, həmçinin, Mahaçqala – Dərbənd – Bakı marşrutu ilə yüksək sürətli sərnişin daşımaları, göndəriş məntəqəsində gömrük nəzarətinin rəsmiləşdirilməsi daxil olmaqla, davam etdiriləcək”, - deyə nazir bildirib.
15 İyul 2026
16 İyul 2026