“Israir Airlines”ın Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirdiyi uçuşların terminalı dəyişib

14:20 - 1.03.2019


1 mart, Fineko/abc.az. Bugündən etibarən “Israir Airlines” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan olan bütün uçuşları “Terminal 2”nin “Şimal” girişindən həyata keçiriləcək. Aeroportdan bildirilib ki, aviaşirkət Bakıya uçuşlarını isə “Terminal 1”ə yerinə yetirəcək.