17:20 - 5.02.2019
5 fevral, Fineko/abc.az. Azərbaycanın su operatoru “Azərsu” ASC, təmir işləri ilə bağlı Bakıda 20-25 gün müddətinə Nobel prospektini bağlamaq planlaşdırıldığını xəbərdar edir.
“Azərsu” ASC-in məlumatında deyilir ki, yol mərkəzə doğru hərəkət istiqamətində bağlanacaq, işlərin isə yaxın günlərdə başlayacağı planlaşdırılır.
2018-ci il dekabrın 23-də Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi baş vermişdir ki, bu da təmir işlərinin aparılacağı Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması ilə bağlı idi.
15 İyul 2026
16 İyul 2026