10:58 - 11.01.2019
11 yanvar, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətinin müvəqqəti dayandırılması barədə elan edib.
ADY-nin məlumatında deyilir ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkəti 12 və 13 yanvar tarixlərində ləğv edilir.
“Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq elektrik qatarlarının hərəkəti ləğv edilir”, - məlumatda belə deyilir.
15 İyul 2026
16 İyul 2026