16:04 - 8.01.2019
8 yanvar, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" (AZAL) QSC 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
AZAL-dan verilən məlumata əsasən, reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.
“Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək”, - məlumatda belə deyilir.
15 İyul 2026
16 İyul 2026