16:37 - 28.12.2018
28 dekabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Gəncə-Bakı sürət qatarını yola saldı.
QSC-nin məlumatında deyilir ki, sürət qatarı dekabrın 30-dan hərəkət edəcək.
Qatar Bakıdan saat 9:00-da yola düşəcək, Gəncəyə saat 13:28 çatacaq.
Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.
Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.
4 vaqondan ibarət qatarda Birinci (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
Bakı-Gəncə reysinə biletlərin qiyməti, sinifdən asılı olaraq, 15 manatdan 100 manat arasında olacaq.
Sürət qatarının hərəkət qrafikini aşağıdakı linkdə göstərilib.
https://ady.az/az/news/read/998/43
15 İyul 2026
16 İyul 2026