Orta Dəhlizlə konteyner daşımaları 11% artaraq 54 min TEU-ya çatıb

14:15 - 9.09.2026


9 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Orta Dəhliz vasitəsilə təxminən 54 min TEU konteyner daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi olan "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov AQEM (CICA) çərçivəsində keçirilən konfransda bildirib.

R.Məcidov vurğulayıb ki, Şərq-Qərb istiqamətində daşımalar 42 min TEU olduğu halda, Qərb-Şərq marşrutu cəmi 10–11 min TEU təşkil edir. Bu baxımdan Qərb-Şərq istiqamətindəki disbalansın aradan qaldırılması ADY-nin əsas prioritetlərindən biridir.