Bakı Limanının aşırma gücü 25 milyon tona çatdırılacaq: ADY sədri tranzit planlarını açıqlayıb

10:48 - 9.09.2026


9 Sentyabr, Fineko/abc.az. Bakıda kecirilən AQEM-in beynəlxalq liman konfransında çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, Ölkənin Avrasiya logistika zəncirindəki rolunu gücləndirmək üçün Bakı Limanının ikinci inkişaf mərhələsi icra olunur.

Layihə çərçivəsində illik yükaşırma gücünün mövcud 15 milyon tondan daha 10 milyon ton artırılması, konteyner aşırma gücünün isə 2027-ci ilin sonunadək 300 min TEU-ya çatdırılması planlaşdırılır.

QSC sədri qeyd edib ki, Prezident İlham Əliyevin strateji baxışı ilə Bakı Limanı və ADY-nin vahid idarəetmədə birləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı arasındakı maneələri aradan qaldıraraq əməliyyat səmərəliliyini artırıb.

 Bununla yanaşı, Xəzər dənizində suyun səviyyəsinin azalması və geopolitiki gərginliklər fonda sektor üzrə rəqəmsallaşma, sərhədkeçmənin sadələşdirilməsi və limanlararası koordinasiyanın gücləndirilməsi prioritet məsələlərdir.