21:26 - 8.09.2026
8 Sentyabr, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Departamenti İranın hərbi kadr, silah və qanunsuz yük daşımalarında istifadə etdiyi hava sektoruna qarşı sanksiyaları kəskinləşdirib.
"İqtisadi Təcrid Əməliyyatı" çərçivəsində Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 27-si İran aviaşirkəti ("Iran Aseman Airlines", "Qeshm Air", "Zagros Airlines" və s.) və 9-u beynəlxalq qurum (o cümlədən Türkiyə, BƏƏ, Böyük Britaniya, Malayziya və Qazaxıstan müəssisələri) olmaqla, ümumilikdə 36 şirkəti sanksiya siyahısına daxil edib. Sanksiyalar Tehranın ABŞ mənşəli mülki təyyarələr və həssas texnologiyalar əldə etmək üçün istifadə etdiyi öncül şirkətləri hədəf alır.
OFAC İran üzərindən tranzit uçuşlara və ABŞ nəzarətində olan mülki təyyarələrin xarici aviaşirkətlər tərəfindən İrana uçurulmasına imkan verən üç xüsusi icazəni dondurub.
ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent bəyan edib ki, İranın hava sektoru ilə əməkdaşlıq edən tərəflər qlobal maliyyə sistemindən tamamilə təcrid olunma riski ilə üz-üzədirlər. FinCEN isə banklara bu tədarük şəbəkələrini izləmək barədə rəsmi xəbərdarlıq ünvanlayıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026