“Capital Partners”in dövriyyəsi açıqlandı

17:15 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında  “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 337.85 milyon manat təşkil edib.

Bakı Fond Birjasından bildirilib ki, ötən ilin eyni dövrlərində investisiya şirkətinin dövriyyəsi 917 milyon 2 milyon manat olub ki, bu da illik müqayisədə 2.7 dəfə azalma deməkdir.

Bu dövrdə investisiya şirkətinin korporativ istiqrazlar üzrə dövriyyə 35 milyon 35 min manat, repo əməliyyatları üzrə dövriyyə 213 milyon 759 min manat təşkil edib. Əməliyyat sayı isə 369 olub.