Bakı Fond Birjasında investisiya şirkətlərinin yanvar-avqust dövriyyəsi bəlli olub – ABB İnvest Liderdir

15:26 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin ümumi dövriyyəsi açıqlanıb.

Hesabat dövründə ticarət həcminə görə "ABB İnvest İnvestisiya Şirkəti" QSC ilk pillədə qərarlaşıb. Şirkətin ümumi əməliyyat həcmi 24 457 239 970 manat (22 605 əməliyyat) təşkil edib. Dövriyyənin böyük hissəsi (23.05 milyard manat) repo əməliyyatlarının payına düşüb.

İkinci yeri 9 786 477 778 manat dövriyyə (47 856 əməliyyat) ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tutub. Üçüncü pillədə isə 5 214 178 214 manat həcm (4 199 əməliyyat) ilə "Unicapital İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

Lider investisiya şirkətlərinin dövriyyə reytinqi (Yanvar-Avqust 2026):

* "ABB İnvest İ.Ş." QSC: 24.46 mlrd. AZN (22 605 əməliyyat)

* "PAŞA Kapital İ.Ş." QSC: 9.79 mlrd. AZN (47 856 əməliyyat)

* "Unicapital İ.Ş." ASC: 5.21 mlrd. AZN (4 199 əməliyyat)

* "İnvest-Az İ.Ş." QSC: 4.83 mlrd. AZN (3 980 əməliyyat)

* "CPM-Invest İ.Ş." QSC: 4.77 mlrd. AZN (1 810 əməliyyat)

* "Assist Finance İ.Ş." ASC: 2.51 mlrd. AZN (1 389 əməliyyat)

* "İnsho Kapital İ.Ş." ASC: 813.08 mln. AZN (789 əməliyyat)

* "Capital Partners İ.Ş." QSC: 337.85 mln. AZN (369 əməliyyat)

* "Xalq Kapital İ.Ş." QSC: 240.39 mln. AZN (149 əməliyyat)

* "Troni İ.Ş." QSC: 192.80 mln. AZN (6 907 əməliyyat)

* "MFX Trading İ.Ş.": 44.26 mln. AZN (44 əməliyyat)

* "CFI FINANCIAL İ.Ş." QSC: 22.43 mln. AZN (33 əməliyyat)

* "Xalq" Bank ASC: 11.05 mln. AZN (272 əməliyyat)